Azərbaycan Türkiyədən tank əleyhinə raket qurğuları almağa hazırlaşır.

Unikal.org bildirir ki, bununla bağlı Türkiyənin Roketsan şirkəti ilə danışıqlar aparılır.

Şirkət "ADEX-2016" müdafiə sərgisində tank əleyhinə raket kompleksi nümayiş etdirib.

Raket kompleksi orta və uzun mənzillidir. Orta mənzilli hədəf nöqtəsi 2000-4000 metr, uzaq mənzilli nöqtə isə 5000-8000 metrdir. Qurğu 4 raketdən ibarətdir. Qurğunun hərəkətdə olarkən hədəfləri müəyyən etmə qabiliyyəti var. Kompleks 360 dərəcə fırlanır. Gecə-gündüz müşahidə eləmək və hədəf seçmə kameraları var. Qurğunun hərəkət maşını təkərli və tırtıllıdır.