Fələstin lideri Mahmud Abbas İsrail ilə sülh müqaviləsi imzalamağa hazır olduqlarını açıqlayıb.
Unikal.org xəbər verir ki, İordan çayının qərbində təşkil olunan bir konfransda danışan Abbas Tel-Əvivə birgə yaşamaq təklif edib:
"Son vaxtlarda israillilərlə dialoq və müzakirə qapısını bağlamışdıq, amma sülh qapısını bağlamamışıq. Qonşumuza daim əlimizi uzadıb və onlara "gəlin sülhdən danışaq, bu torpaqlarda birgə yaşayaq, deyirik. Əgər qəbul etsəniz, bütün ərəb ölkələri sizi tanıyar.