Bakıda özgənin əmlakını qəsdən məhv etmiş şəxs polis tərəfindən saxlanılıb.

Unikal.org xəbər verir ki, sentyabrın 26-d Neftçi Qurban küçəsi 14 ünvanında 1986-cı il təvəllüdlü Mustafayev İlkin Mehmanoviç Əliyev Faiq Gülağa oğluna məxsus "Tofaş" markalı, 90 UN 648 dövlət qeydiyyat nişanlı avtomaşının arxa sol qapısının şüşəsini sındırıb, arxa təkərlərini cırdığı üçün saxlanılıb. 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan İlkin Mustafayev 8-ci Polis Bölməsinə təhvil verilib.

Araşdırma aparılır.