Efiopiyanın Oromia bölgəsində təhlükəsizlik qüvvələrinin nümayişçilərə atəş açması nəticəsində çoxlu sayda ölən və yaralanan olub.
Unikal.org "BBCyə istinadən xəbər verir ki, hadisə dini mərasim zamanı baş verib. Hökumət əleyhinə fikirlər səsləndirən kütlə polisə daş və şüşə atmağa başlayıb. Polisin atəş açması isə izdihama səbəb olub. Yaranan qarışıqlıq zamanı kütlənin ayağı altında qalan yüzlərlə adam can verib.
İlkin məlumata görə, hadisə zamanı 300 adam ölüb.
Etirazçı Cafer Muhammed əskərlərin və hərbi helikopterin atəş açdığını da qeyd edib.