Yanıq xəsarəti almış fəhlələrdən 3-nün vəziyyəti ağırdır.
Unikal.org xəbər verir ki, 5 saylı Şəhər Klinik Xəstəxanasının yanıq şöbəsindən lent.az-a bildirilib ki, istehsalat qəzası zamanı xəsarət alan 1961-ci il təvəllüdlü İmran Qasımov, 1964-cü il təvəllüdlü Şahin Əliyev, 1973-cü il təvəllüdlü Kamil Məmmədov hazırda reanimasiyadadır, vəziyyətləri çox ağır qiymətləndirilir.
Digər yaralı 1987-ci il təvəllüdlü Rəşad Veyisova isə ilkin yardım göstərildikdən sonra evə buraxılıb.
Xəstəxanadan bildirilib ki, hadisə sentyabrın 29-da baş verib.
Xatırladaq ki, bir neçə saat əvvəl Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospektində yerləşən "Baku Steel Company Zavodunda istehsalat qəzası baş verib.
Alov püskürməsi nəticəsində orada çalışan 4 nəfər yanıq xəsarətləri alıb.
Həmin şəxslər 1961-ci il təvəllüdlü İmran Qasımov, 1964-cü il təvəllüdlü Şahin Əliyev, 1973-cü il təvəllüdlü Kamil Məmmədov və 1987-ci il təvəllüdlü Rəşad Veyisovdur.
Həmin şəxslər 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.