Картинки по запросу Seyran Ohanyan Viqen Sarkisyan

Aprel döyüşlərindən sonra Azərbaycana məğlub olduğunu anlayan və bunu həzm edə bilməyən Ermənistan prezidenti Serj Sarkisyan bir sıra dəyişikliklər etməli oldu. Belə ki, ən yaxın silahdaşı, Müdafiə Naziri olmuş Seyran Ohanyanı bu vəzifədən uzaqlaşdıraraq Viqen Sarkisyanı bu posta təyin etdi. Təyinat isə oktyabrın 3-də baş verdi. Sözügedən müddətdən bu yana cəbhədə Ermənistanın təxribatı nəticəsində mövqelərimizin atəşə məruz qalması halları artıb. Dünən gecə də Ermənistan yenidən cəbhə xəttində vəziyyətin gərginləşməsi üçün təxribata əl atıb.

Картинки по запросу Seyran Ohanyan Viqen Sarkisyan







Müdafiə Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, oktyabrın 5-də axşam saatlarında qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Məmmədov Sahil Sabir oğlu şəhid olub.

Nazirlik bildirib ki, qoşunların qarşıdurma xəttində baş verən növbəti qanlı təxribata görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Картинки по запросу fərəc quliyevMəsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik komitəsinin üzvü Fərəc Quliyev Unikal.org-a açıqlamasında Qarabağda savaşın Rusiya tərəfindən qızışdırıldığını dilə gətirib və bu məsələdə şimal qonşumuzu günahlandırıb: 

"Dağlıq Qarabağ və ətraf rayonlarımızı işğal edən Ermənistanla müharibə bitməyibdir. Müharibə sadəcə sakit fazadadır. Azərbaycan aprel döyüşlərindən sonra böyük güclərin, beynəlxalq hüquqi təşkilatların xahişi ilə savaşı dayandırdı. Hesab edirəm ki, bu vaxta kimi müəyyən işlər görülməli idi. Bizə vəd verib savaşı dayandırın, dinc yollarla problem həll olunsun deyənlər Dağlıq Qarabağ münaqişəsini həll etməli idilər. Amma bu istiqamətdə heç bir iş görülmədi. Hətta ATƏT-in Minsk Qrupunda təmsil olunan Rusiya Ermənistanı dərhal silahlandırdı və silahlı balans yaratmağa cəhd etdi.

Rusiya İrəvandan Azərbaycanı "İskəndərlə qorxudur....

Картинки по запросу İskəndər M irəvan

Deputat deyir ki, hazırda Rusiya "İskəndər raketlərinə qədər Ermənistana verib. Ermənistanda kadr dəyişikliyi də təbii ki, Rusiyanın kontrolundadır. Onun fikrincə, Ermənistanının bu davranışları da Rusiya ilə bağlıdır: "Artıq müxtəlif təzyiqlər vasitəsilə Azərbaycana qabaqdan gəlmişlik edirlər. Rəsmi Bakı artıq danışıqların limitinin bitdiyini açıq-aşkar söyləyir. Elə tədbirlər görürlər ki, Azərbaycan hərbi yola əl atmasın. Məqsəd Ermənistan vasitəsilə Azərbaycanı qorxutmaqdır. Bəlkə də vaxtından əvvəl savaş açmaqla düşmən nəyəsə nail olmağı fikirləşir. Amma bütün bunlara baxmayaraq qısa zaman ərzində dinc yollarla münaqişə həll olunmayacaqsa, Azərbaycan prezidenti bunu dəfələrlə bəyan edib ki, biz torpaqlarımızı heç kimə güzəştə getməyəcəyik. Xalqımız da bunu dəstəkləyir. Nəyin bahasına olursa-olsun torpaqlarımızı düşməndən azad edəcəyik.

AZƏRBAYCAN MÜHARİBƏ YOLUNA ƏL ATACAQ....

Картинки по запросу aprel döyüşləri

Ermənilər cəbhədə təxribata da əl ata bilərlər. Müvaffiq təşkilatlar qarşısında düşmən özünü göstərməyə cəhd edəcək. Ermənistan hakimiyyəti həmişəki kimi ikili oyunlar oynayır.

Nəticə olaraq hesab edirəm ki, bütün bu kimi təxribatlara baxmayaraq Azərbaycan tərəfi gec ya tez hərbi döyüşlərə başlamalıdır. Əgər ermənilər buna belə imkan verəcəksə müharibə daha da tez başlayacaq.

Mən birmənalı şəkildə düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müxtəlif variantlarla Ermənistanın xeyrinə dəyişdirmək üçün Rusiya bu məsələni qızışdırır. Amma düşmən ölkə bununla da heç nəyə nail ola bilməyəcək.