Azərbaycan prezidenti İlham Əliyev Estoniya Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri xanım Kersti Kalyulayda təbrik məktubu ünvanlayıb.
Unikal.org xəbər verir ki, məktubda deyilir:
"Hörmətli xanım Kalyulayd,
Estoniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Estoniya əlaqələrinin genişlənməsi, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Estoniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".