Bakıda evdə saxlanılan yenot qaçıb.
Unikal.org -un Lent.az-a istinadən məlumatına görə, hadisə Binəqədi rayonu 9-cu mikrorayon, Mir Cəlal küçəsində baş verib. Sentyabrın 30-da evdən naməlum şəraitdə yoxa çıxan vəhşi heyvanı tapmaq mümkün olmayıb. Heyvanın sahibi onun yoxa çıxması ilə bağlı bildiriş kağızlarını divarlara yapışdırıb.
Bildiriş kağızlarında heyvan sahibinin əlaqə vasitələri qeyd edilib..