BMT TŞ-nin Hələb qətnaməsinə qarşı çıxmaq Bəşər Əsədə daha çox insan öldürmək üçün şərait yaratmaq, terrorçulara isə hədiyyə vermək anlamına gəlir.

Unikal.org xəbər verir ki, bunu Fransa Xarici İşlər naziri Jan Mark Ayrault Rusiyanın veto qərarına münasibət bildirərkən deyib.

"Veto qərarı ilə biz yalnız daha çox miqrant, insan ölümü və qurban görə bilərik. Əgər beynəlxalq birlik hərəkətə keçməsə, Hələbdə baş verənlərin məsuliyyətini daşıyacaq, - Ayrault bildirib.

Qeyd edək ki, Rusiya hökuməti BMT TŞ-nin Hələbdə atışmaların dayandırılması və şəhər üzərində uçuşların məhdudlaşdırılmasını nəzərdə tutan qətnaməsinə veto qoyub.