Oktyabrın 8-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 5 km aralıda, nəzarətsiz ərazidə) 1 nəfər balıqçının dənizdə batması barədə məlumat daxil olub.
Unikal.org-un FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.
Bu gün 1962-ci il təvəllüdlü, Rəqibov Xalıq Sabir oğlunun cəsədi tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 09:35-də başa çatıb.