Futbol tarixində ilk dəfə hakim yaşıl vərəqədən istifadə edib.

Unikal.org  offside.com.az saytına istinadən xəbər verir ki, tarixi hadisə İtaliya "B seriyasında keçirilən "Virtus Entella - "Viçenza oyununda yaşanıb.

Yaşıl vərəqəni "Viçenzanın üzvü Kristian Qalano alıb. Hakim meydan sahiblərinin qapısına künc zərbəsi təyin etsə də, Qalano topun rəqib futbolçulardan kiməsə toxunmadığını bildirib.

Xatırladaq ki, 2016/17 mövsümündən "B seriyasında yaşıl vərəqənin istifadəsi barədə qərar qəbul edilib. Vərəqə meydanda nümunəvi hərəkət edən futbolçulara göstərilir.