Unikal.org modern.az-a istinadən xəbər verir ki, dövlətə milyard rubldan çox vergi ödəməyən Solomon Manaşirov cinayət yolu ilə əldə etdiyi pulun leqallaşdırılmasında təqsirkar hesab olunur.Azərbaycan əsilli biznesmenə qarşı birinci cinayət işi 2016-cı ilin aprel ayında qaldırılıb.
Bundan əlavə, istintaq Manaşirovu mütəşəkkil cinayətkar qruplaşma yaratmaqda da şübhəli bilir. Həmin qruplaşmaya bir neçə "kölgə iş adamlarının, o cümlədən Solomonun qardaşı Roman Manaşirovun da daxil olduğu bildirilir.Roman Manaşirov, xüsusilə, müəyyən dairələrdə, hüquq-mühafizə və istintaq orqanlarının nümayəndələri ilə bağlı məsələləri həll edən kimi tanınır. O, müstəntiqlərə rüşvət verdiyinə görə 2015-ci ilin dekabrından tutulub və istintaq təcridxanasındadır.
Solomon Manaşirov hazırda İsraildədir. İstintaq Komitəsi onun Rusiyaya ekstradasiyası ilə bağlı müraciət etmək niyyətindədir.Roman və Solomon Manaşirov qardaşları Quba rayonunda, Qırmızı Qəsəbədə anadan olublar.