"Survivor" yarışması ilə tanınan Turabi Camkıran ARB TV-nin "Türk şou-maqazin" verilişinə eksklüziv açıqlamalar verib.

Unikal.org xəbər verir ki, hazırda Türkiyənin ATV kanalında yayımlanan "Kərtənkələ" serialında "Kara Kemal" rolunu canlandıran Turabi Camkıran maraqlı açıqlamaları ilə diqqət çəkib.

Turabi "Survivor" yarışmasından sonra həyatında baş verən dəyişikliklərdən söz açıb:
"Bu yarışmadan sonra məşhur olduq. Yolda gəzə bilmirdik artıq. Bundan heç bir şikayətim yoxdur. Tam əksinə, sevinirəm. Hətta istəyərəm ki, məni daha da çox yorsunlar. İcazə verməsinlər rahat olmağa. İki dəfə qalib oldum və qazandığım bütün pulları anamla atama verdim".

Gəlirlərinin də dəyişdiyini bildirən qəhrəmanımız artıq sevdiyi işlə məşğul olduğunu da dilə gətirib:
"Maddi anlamda da çox şey dəyişdi. Ən gözəli isə sevdiyim işlə məşğulam. Aktyorluq. Şükürlər olsun ki, ilk addımı "Kərtənkələ" ilə atdıq. Bunun üçün də "Survivor"a təşəkkür edirəm. Onların sayəsində xəyallarıma gedən yol qısaldı".

Bu serialla kifayətlənməyən Turabi yenilikləri də bir-bir açıqlayıb:
""Kərtənkələ" ilə bərabər 3 filmimiz var. Onlar da sürprizdir. Yaxın vaxtlarda tamaşaçılara təqdim edəcəyik. Böyük şirkətlərdən təkliflər alıram. Bu yaxınlarda Şafak Sezerin "Kolpaçino 4" filminə başlayacağıq".

Turabi boş zamanlarında nələrlə məşğul olmasından da söz açıb:
"Boş zamanlarda nəyisə öyrənməyə çalışıram. Boş zamanlarımı boş-boş keçirməyə nifrət edirəm. Hər dəqiqəni maraqlı keçirməyə çalışıram. İdmanla məşğul oluram".

Azərbaycanda da xeyli fanatı olan Turabi ölkəmiz haqda da danışıb:
"Mənə sizin bölgələrinizdən də yazanlar çox olur. Məsələn, Qubadan. Naxçıvandan da mesajlar alıram. Bakıdan həddindən artıq mesajlar gəlir. Qardaş ölkəyik. İnşallah, tezliklə Bakıya gələrik".

Turabi evlilik məsələsinə də toxunub:
"Anamın istədiyi xanımla evlənəcəm. Biz gəncik və qızın gözəlliyinə aldanıb, digər pis tərəflərini görməyə bilirik. Amma anamız hərtərəfli analiz edə bilir. Öz sevdiyim şəxs olsa belə, anamla tanış edərəm. O, "hə" desə, razı olaram. Mənim üçün birinci anam-atam gəlir".
"Anamın seçdiyi qızla evlənəcəm" - VİDEO - FOTO
"Anamın seçdiyi qızla evlənəcəm" - VİDEO - FOTO
"Anamın seçdiyi qızla evlənəcəm" - VİDEO - FOTO
"Anamın seçdiyi qızla evlənəcəm" - VİDEO - FOTO
"Anamın seçdiyi qızla evlənəcəm" - VİDEO - FOTO
"Anamın seçdiyi qızla evlənəcəm" - VİDEO - FOTO
"Anamın seçdiyi qızla evlənəcəm" - VİDEO - FOTO