Gəncə Dəmiryol Xəstəxanasının şöbə müdirini avtomobil vurub.
Unikal.org-un "Report"a istinadən məlumatına görə, hadisə oktyabrın 10-da günorta saatlarında şəhərdəki Azərbaycan Texnologiya Universitetinin qarşısında baş verib.
"VAZ-2107" markalı avtomaşın həmin ərazidə yolu keçmək istəyən Gəncə şəhər sakini, 1974-cü il təvəllüdlü Cahangirova Sevinc Aydın qızını vurub.
Yaralı təcili tibbi yardım maşını ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. S.Cahangirova dərhal əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyətini orta-ağır olaraq qiymətləndiriblər.
Qeyd edək ki, S.Cahangirova Gəncə şəhər Dəmiryol Xəstəxanasının şöbə müdiridir.
Faktla bağlı araşdırma aparılır.