Gəncədə xidməti vəzifəsini həyata keçirən yol polisi əməkdaşını avtomobil vurub. 

Unikal.org xəbər  verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Samux avtomobil yolunda qeydə alınıb. Xidmət zamanı Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin inspektoru Şakir Həsənov "Mercedes markalı avtomobil tərəfindən vurulub. 

Xəsarət alan yol polisi əməkdaşı xəstəxanaya yerləşdirilib. Qəzanı törədən şəxs saxlanılıb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.