Sabirabadda yük avtomobili avtobusla toqquşub.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, hadisə səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə magistralında, Sabirabad rayonunun Bulaqlı kəndi ərazisində qeydə alınıb. Hadisə nəticəsində 8 nəfər xəsarət alıb, bir azyaşlı ölüb. Ölən və xəsarət alanların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.