İlin əvvəlindən indiyədək Aralıq dənizi vasitəsi ilə Avropa sahillərinə 316 min 311 mühacir və qaçqın gəlib.

Unikal.org xəbər veri ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının mətbuat katibi Coel Millman brifinqdə çıxış edərkən məlumat verib.Millman qeyd edib ki, Avropa İttifaqı ilə Türkiyə arasında sazişin imzalanmasından sonra Yunanıstanda və Qərbi Balkan ölkələrində mühacir və qaçqınların sayı 56 faiz artıb.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən, Aralıq dənizindən Avropaya keçməyə cəhd edən 3611 nəfər həlak olub və ya itkin düşüb.