İraq hökuməti ortaq qaz boru xətti ilə bağlı razılaşmaya uyğun olaraq vaxtında ödəməni həyata keçirməsə, qaz nəqlini dayandıracağıq.

Unikal.org 
axar.az-a istinadən bildirir ki, bunu İranın Neft nazirinin müavini və Milli Qaz Şirkətinin rəhbəri Həmid Rza İraki deyib.

O bildirib ki, rəsmi Bağdad yaşadığı iqtisadi problemlərdən dolayı ödənişi həyata keçirməkdə çətinlik çəkir:

"İraq aylardır ki, ödəniş həyata keçirmir. Layihənin aparıcı şirkəti özəl olduğundan ödəniş aparılmadan qaz ixrac edə bilmərik".

Qeyd edək ki, 2013-cü ildə İran və İraq hökumətləri arasında sözügedən razılaşma imzalanmışdı. Müqaviləyə görə, İraqa ildə 10 milyard kubmetr həcmində qaz nəql ediləcəkdi.