Ermənistanda keçirilən kadr islahatları yaxın vaxtlarda Mərkəzi Banka (MB) da çatacaq.

Unikal.org azvision.az-a istinadən bildirir ki, MB rəhbəri Artur Cavadyanın istefa verəcəyi gözlənilir.

"Cavadyan 2008-ci ilin mayından MB-yə rəhbərlik edir və professional kadr hesab olunur. O, bu banka Tiqran Sarkisyanın baş nazir təyin olunmasından sonra rəhbərlik etməyə başlayıb. 2014-cü ilin mayında Cavadyan yenidən sədr təyin olunub, onun səlahiyyətlərinin bitməsinə 3 il yarım vaxt qalıb. Ermənistan qanunvericiliyinə görə, baş bankiri ölkə parlamenti 6 il müddətinə təyin edir və həmin şəxs iki dəfədən artıq seçilə bilməz. Biz bu məlumatı MB-nin mətbuat xidməti Aryutun Berberyandan dəqiqləşdirməyə çalışdıq. O isə açıqlamasında bu məlumatı şayiə adlandırıb və şərh etməyib".