Rus Azur Hava Yollarının Antalya-Moskva səfərini edən təyyarəsində 50 yaşlı bir qadın ürək çatışmamazlığından dünyasını dəyişdi.
Unikal.org-un məlumatına görə, təyyarə havaya qalxdıqdan 45 dəqiqə sonra, sərnişinlərdən birinin halı birdən-birə pisləşib və o, ürək tutmasından dünyasını dəyişib.Təyyarə səfərini başa vurana kimi meyid sərnişinlər arasında qalıb.
Ölən qadının həyat yoldaşı deyib ki; "Onlar təyyarəyə minməmişdən 1 saat qabaq, şəkərli diabet xəstəsi olan xanımına insulin vurulmuşdu.Vəziyyətinin belə birdən-birə dəyişəcəyi isə heç kimin ağlına da gəlməzdi"..