Azərbaycanın xalq artisti mərhum Eldəniz Zeynalovun oğlu ağır vəziyyətdədir. İrəvan Dövlət Teatrının aktyoru olan 37 yaşlı Məmməd Zeynalov insult keçirib.

Unikal.org modern.az-a istinadən xəbər verir ki, aktyor hazırda 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.

Aktyorun dəvət aldığı serial çəkilişinə gedərkən qəfildən təzyiqinin qalxdığı və ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı deyilir.

Həkimlər bildirib ki, aktyorun həyati təhlükəsi var. Ailə üzvlərinin müalicə üçün yetərli vəsaiti olmadığı da qeyd edilir.

Картинки по запросу eldeniz zeynalov

Картинки по запросу məmməd zeynalov