Türkiyə vasitəsilə Yunaıstana sığınmaq istəyən 59 Suriyalı qaçqın keçirilən əməliyyat zamanı saxlanılıb.
Unikal.org türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyənin Muğlanın Fethiyə qəsəbəsində qeyri-qanuni yollarla Yunanıstanın Rodos adasına keçməyə çalışan 59 Suriya vətəndaşı və qaçaqçılığı təşkil edən 8 xarici vətəndaş saxlanılıb.
Qaçaqçılığı təşkil edənlərdən 5-i gürcüstan vətəndaşı olduğu məlum olub. Onlar Suriyalı qaçqınlardan hər uşağa görə, 2 min, böyüklərə görə 4 min dollar almaqla bunu təşkil etdiyi məlum olub.
Saxlanılanlar arasında qaçaqçılığı təşkil edən Gürcüstan vətəndaşı olan qadın mətbuatın diqqətini cəlb edib. O heç nə olmamış kimi sərbəst şəkildə mətbuata "poz" verib.


