Ötən gün əməliyyat olunan modelyer Nur Yerlitaşı yaxın dostları xəstəxanada tək qoymayıb.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, modelyerin yaxın dostu olan Bülent Ersoy da xəstəxanaya yollanıb.Bülent, xəstəxana qapısında "Nur, dünən məni axtarıb halallıq istədi", sözlərini deyib.
Star TV-də yayımlanan "Duymayan Kalmasın" proqramında danışan Mehmet Ali Erbil də Yerlitaşın döş xərçəngi xəstəliyinə tutulduğunu bildirərək, "Nurun ən böyük şansı, xəstəliyin daha birinci mərhələsində nəzarətə getməsidir. Sağ sinəsində şiş varmış. Əhvalı çox yaxşıdır" açıqlamasını edib.