Mən Rusiyanın Türkiyəni Suriya ilə bağlı tutduğu mövqeyini dəyişəcəyinə ümid edirəm.
Unikal.org xəbər verir ki, bunu Rus Komsomolskaya Pravda qəzetinə Suriya prezidenti Bəşər Əsəd bildirib.
Onun sözlərinə görə, Suriya Dövlət Başçısı Bəşər Əsəd, ölkəsinin tək ümidinin Rusiya ilə Türkiyə olduğunu deyib:
Rusiya Türkiyə arasındakı yaxınlaşma sayəsində, Ankaranın Suriya siyasətində dəyişikliyə getməsinə ümid edirəm. Bundan sonra Suriyada hər şeyin gözəl olacağını düşünürəm".
Qeyd edək ki, müsahibənin tam mətni sabah qəzetdə nəşr olunacaq.
Xatırladaq ki, bundan əvvəl Bəşər Əsəd İran televiziyasına verdiyi açıqlamada bildirib ki, Suriyada axan qanın dayandıralacağına ümid edirik. Türkiyə mənfi və müsbət olaraq təsirli bir ölkədir. Onunla yaxşı bir əlaqə qurulsa çox şeyə nail ola bilərik. Ərdoğan bu əlaqəni mənfi bir istiqamətə doğru çevirməyə qərar verincə böyük bir əvəz ödədik. Hafiz Əsəd getdi, mənim də gedəcəyəm bir gün olacaq. Ancaq dövlətlər arasında əlaqələrin duyğular üzərində olmadığını bilməliyik.