Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Moskvanın Ermənistanı silahla təchiz etməsinin səbəblərini açıqlayıb.

Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, o qeyd edib ki, Rusiya Ermənistanın müttəfiqi olduğundan tərəfdaşları ilə razılaşdırdığı silah növlərini tədarük etmək hüququ var.

"Burada heç kim üçün, o cümlədən azərbaycanlı tərəfdaşlarımız üçün gözlənilməz heç nə yoxdur. Bildiyiniz kimi Azərbaycana da silah tədarük olunur", - deyə o vurğulayıb.