Cənubi Koreyanın Ulsan şəhərində turistləri daşıyan avtobus qəzaya uğrayaraq yanıb, azı 9 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisəyə səbəb şinin partlaması olub. Avtobusda ümumilikdə 20 nəfərin olduğu bildirilir.

Yaralılar xəstəxanalara çatdırılıb.