Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırım Esenboğa hava limanından iqamətgaha gedərkən yolüstü avtomobil təkəri satan bir sahibkarın dükanına baş çəkiblər.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bir qrup sahibkarın üzərində " Cənab rəisi-cumhur, çay da hazır,qəhvə də. Geri addım atma! yazılan plakat nümayiş etdirməsi Ərdoğanını diqqətini çəkib və avtomobil konvoyunu saxlatdırıb.

Avtomobil təkəri satan sahibkarın dükanında qonaq olan Ərdaoğan və Yıldırım işçilərlə bir müddət söhbət edib və onlarla çay içib.

Söhbət əsnasında prezident Ərdoğan ilə qucaqlaşan bir yaşlı vətəndaşın əlini sürətlə yelləməsini görən baş nazir Yıldırım "Dur daha qolunu qoparacaqsandeyə zarafat edib.


Erdoğan ve Yıldırım'dan esnaf ziyaretiby beyazgazete