"Almaniya istənilən NATO ölkəsinə qarşı hücumlara sərt cavab verəcək.
Unikal.org xəbər verir ki, APA-nın Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirləri Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.
O, AŞPA-nın iclası zamanı İngiltərə nümayəndə heyətinin üzvü Mark Pritçardın alyansa üzv olan dövlətlərdən birinə qarşı, konkret olaraq Rusiya tərəfindən, silahlı hücum olarsa, NATO-nun buna reaksiyasına dair sualını da cavablandırıb.
Nümunə kimi Rusiyanı göstərən M. Pritçard alyansın nizamnaməsinin 5-ci bəndinə uyğun olaraq bu ölkəyə qarşı hərbi əməliyyatlara başlamağın vacibliyini vurğulayıb.
"Mən bu suala qısa cavab verəcəm. Bizim buna reaksiyamız sərt olacaq, - deyə, F. Ştaynmayer sualı belə cavablandırıb.