Türkiyədə dövlət çevrilişi cəhdindən sonra həbs olunan hərbçilərdən 3 general və 1 admiral azadlığa buraxılıb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, həbs edilən hərbçilər növbətçi məhkəmənin qərarına əsasən, azad ediliblər. Sərbəst buraxılan general-mayorlar Vəli İldırım, Şenər Yazıcıoğlu, Əli Akyürek və admiral Ömər Məsud Ağdır.
Məhkəmənin qərarında qeyd edilib ki, hər 4 şəxsin əmrinə tabe olan komandanlıqların dövlət çevrilişində iştirakına dair hər hansı bir sübut yoxdur.