İnsanda buynuz hansı hallarda üzə çıxır? Arb tv-nin "Pəncərə" verilişində maraqlı sujet yayımlanıb.

Unikal.org sujeti təqdim edir:

Onlar hamı kimi adi insandır. Amma həm də adi deyil. Ona görə ki, onların buynuzu var. Adətən heyvanlara məxsus olan bu bədən üzvü insanlarda müşahidə edilmir. Amma bu insanlar dünyanı heyrətə gətirir.

Buynuzlu insanların çoxu Asiya ölkələrində, xüsusilə Çində yaşayır. Özü də bu anadangəlmə bir xəstəlik deyil, sonradan qazanılan bir bəladır. Kimisi saçını darayarkən baş dərisinə xəsarət yetirib və bir müddət sonra başından buynuz çıxdığını görüb. Kimisi başını harasa çırpıb və bir neçə il sonra belə bir bəlaya düçar olub.

Dünya tibb elmi də hələ anlamış deyil ki, bu cür buynuzlar hansı hallarda üzə çıxır. Doğrudur onları sonradan əməliyyatla aradan götürürlər. Amma hər halda bu insanlar bir gün səhər yuxudan oyanıb güzgüyə baxdığında başlarında buynuzabənzər çıxıntını görüblərsə, deməli bu çox qorxulası bir bəladır.

Buynuzlu insanlar isə bildirir ki, bu naməlum çıxıntı onlara heç bir ağrı yaşatmır. Sadəcə cəmiyyət içinə çıxarkən yaşadıqları mənəvi ağrı onlara bəs edir.

Bizim dildə bir söz var e, deyir dəlinin buynuzu olmur ki. Sən demə buynuz dəliyə, ağıllıya baxmırmış. Başınızdan muğayat olun.