Sosial şəbəkədə başı üzərində yatan aşyaşlı qızın şəkli yayılıb.
Unikal.org aznews.az-a istindən bildirir ki, ilk dəfə uşağa dayəlik edən xalası qəribə hadisə ilə qarşılaşıb. Belə ki, uşağın otağına girən xalası onun başı üzərində yatdığının şahidi olub. Hadisədən qorxuya düşən gənc qız uşağın şəklini sosial şəbəkədə paylaşaraq insanlardan kömək istəyib: "İlk dəfədir bacımın uşağına baxıram. Uşaq başının üstündə yatır. Valideynlərini və ya başqa kömək çağırmalıyammı?"
Bu foto sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub. Bəziləri uşağı "şeytan" adlandırıb, bəzi istifadəçilər isə uşaqların qeyri-adi dərəcədə çevik olduqlarını xatırladıb.
Uşağın valideynləri isə qızlarının müxtəlif vəziyyətlərdə yatdığını bildiriblər. Ana özü də bu vəziyyətdən təəccübləndiyini, lakin uşağın gecə ərzində beli üstündə yatdığını, narahatlığa heç bir əsas olmadığını qeyd edib.