70 il Taylandı idarə edən Kral Bhumibol Adulyadejin ölümündən sonra gözlər yeni krala çevrilib.
Adulyadejin yerinə keçəcək isim 63 yaşındakı vəliəhd Şahzadə Maha Vajiralonqkorndur.
Unikal.org baku.ws-ə istinadən xəbər verir ki, Vajiralonqkorn son olaraq Almaniyanın Münxen şəhərinə yaz mövsümündə ortaya çıxıb və dünya mediası tərəfindən gündəmə gəlmişdi.
Geyim tərzi və tatusu ilə böyük səs-küyə səbəb olan vəliəhd yenidən müzakirə olunmağa başlayıb. Vajiralonqkorn indiyə qədər 3 dəfə evlənib və 7 uşaq sahibidir.
Dünən vəfat edən Kral Bhumibol şahzadəyə 35 milyard avroluq bir sərvət də buraxıb. Vajiralonqkornun yaxın zamanda kral olaraq taxta çıxması gözlənilir.