Hollandiyada yeləşən Qithorn kəndi bu ölkənin Venesiyası adlanır.
Unikal.org xəbər verir ki, publika.az xarici mətbuata istinadən xəbər verir ki, bunun səbəbi yaşayış məntəqəsində su kanallarının çoxluğudur.
Belə ki, Overeysel vilayətinin cazibədar məkanlarından olan Qithornda arxlar, su kanalları o qədərdir ki, sakinlər bir-birlərinin evlərinə qayıqla qonaq gedirlər. Qeyd edək ki, kəndin daxili kanallarının uzunluğu 7,5 kilometrdir. Qithornda 176-dan çox körpü var.
Yeri gəlmişkən, yaşayış məntəqəsinin evləri də cazibədarlığı, kiçikliyi ilə fərqlənirlər.