Türkmənistanda qida çatışmazlığı problemi hökm sürür. Belə ki, mağazalarda bitki yağı, kolbasa, ət, toyuq, şəkər kimi ərzaqlar, eləcə də siqaret, demək olar ki, yoxa çıxıb.
"Türkmənistan xronikaları xəbər verir ki, buna səbəb kimi dolların bahalaşması ilə məhsulların qiymətinin kəskin artması göstərilir. Türkmənistanda dolların rəsmi məzənnəsi 3,5 manat təşkil etdiyi halda, qara bazarda 1 dolları 7 manata alıb, 7,20 manata satırlar.
Qeyd olunur ki, son bir neçə gün ərzində günəbaxan yağının qiyməti 30 manatdan 36 manata, plastik qablardakı sular (1 litr) 2 manatdan 7 manata qalxıb.
Ticarətlə məşğul olan şəxslərin sözlərinə görə, onlar daha öncədən tanışlarına, eləcə də hüquq-mühafizə orqanlarına xəbərdarlıq edərək bildiriblər ki, xarici valyutanın bahalaşması ölkədə məhsul satışında ciddi problemlərə gətirib çıxaracaq.