Türkiyənin Hakkari vilayətində terrorçular polisə hücum edib.
Unikal.org "Hürriyyet"ə istinadən xəbər verir ki, hadisə Yüksekova rayonunda qeydə alınıb.
Belə ki, terrorçular tərəfindən yola qoyulan bomba polis maşını ərazidən keçərkən partladılıb. Bununla yanaşı, polisə hücum edilib.
Hücum zamanı asayiş keşikçiləri arasında ölən və ya yaralanan olmayıb.
Terrorçuların yaxalanması üçün əməliyyat başlayıb.