Bu gün səhər saatlarında Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən verdiyi məlumata görə, hadisə Quba-Qusar yolunun Qırmızı Qəsəbədən keçən hissəsində qeydə alınıb.
"İnfiniti markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan bir nəfər Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.