Rusiyanın Sverdlovsk vilayətində ağır yol qəzası baş verib.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Nikolo-Pavlovskoye yaşayış məntəqəsində yük avtomobili ikimərtəbəli yaşayış evinə çırpılıb.

Hadisə nəticəsində yük maşınında olan 5 nəfər ölüb, 1 uşaq isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Hazırda qəzanın səbəbləri araşdırılır.