TV 8-də "Aramızda kalmasın" proqramının aparıcısı Funda Özkalyonçu sosial medianın lağ obyektinə çevrilib.
Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, verilişdə Əli Səbahəttinin "Kürk paltolu Madonna" əsərinin filmi çəkiləcəyi barədə danışılıb.Kitabdakı "Madonna"nı müğənni Madonna ilə səhv salan a parıcı "kitabı oxudum, filmdə yəqin müğənninin həyatı, sevgililəri canlandırılacaq" deyib.
Əsərin 1943-cü ildə yazıldığını eşidincə isə Funda "Dəqiq 1943? O vaxt Madonna var idi?" deyərək sosial medianın hədəfinə düşüb.