Məlum olduğu kimi, fevralın 14-də ölkəmizdə televiziyanın kütləvi yayıma başlanmasının 60 illiyi münasibətilə mətbuata verdiyi müsahibədə Qulu Məhərrəmli AzTV sədri Arif Alışanova qarşı təhqiramiz və əsassız fikirlər səsləndirdi.

Qarşı tərəf isə məsələnin hüquqi müstəvidə həlli üçün məhkəməyə müraciət etdi. Məhkəmənin gedişatı zamanı Qulu Məhərrəmli özünü bir daha ictimaiyyətə tanıtdı. Çünki, özünü peşəkar telejurnalist kimi cəmiyyətə təqdim etməyi bacaran Qulu Məhərrəmlinin indiyə kimi qara piar kampaniyası apardığı üzə çıxdı. Məhkəmədə də Arif Alışanova qarşı irəli sürdüyü ittihamları sübut edə bilməyən və böhtançı mövqedən çıxış etdiyi sübut olunan Qulu Məhərrəmli başqa yollara əl atmağa başladı. Belə ki, radikal müxalifət düşərgəsində təmsil olunan və Qulu Məhərrəmlinin yalanlarına inandıra bildiyi şəxslər Arif Alişanova qarşı kampaniyaya start verdilər. Q.Məhərrəmli bir sıra sayt və muxalifət qəzetlərində AzTV sədrinin ünvanına təhqir və böhtanlar yağdıran yazılar dərc etdirirdi.

Onu da nəzərə çatdıraq ki, Arif Alışanova qarşı hədyanlar yağdıranların əksəriyyəti radikal müxalifətin nümayəndələridir. Bu da Qulu Məhərmlinin ömür boyu etibarsız partnyor kimi fəaliyyət göstərdiyinin nəticəsidir. O, AzTV-də hakimiyyətin siyasi kursunu tərifləyib, işdən çıxdıqdan sonra isə radikal müxalifətlə bir araya gələrək əks mövqe sərgiləməyə başlayıb. Diqqət edirsinizsə, Arif Alışanovla məhkəmə çəkişməsi zamanı ona heç bir müstəqil qurum, müstəqil mövqeli ziyalı dəstək vermədi. Bu da onu göstərir ki, Qulu Məhərrəmlinin etibarsız adam olduğunu hər kəs yaxşı bilir. O, AzTV sədrini ləkələməyə çalışsa da, özü çirkab bataqlığına qərq oldu və ictimai rəydə daha biabırçı vəziyyətə düşdü. AzTV sədri öz işinin peşəkarı olmasaydı, belə əhəmiyyətli bir qurum onun tabeliyinə verilməzdi. Arif Alışanov idarəçilik, maliyyə işini yaxşı bilən, eyni zamanda peşəkar televiziya kadrıdır. Əgər belə olmasaydı, ona etimad göstərilməzdi. Nəzərinizə çatdıraq ki, Arif Alışanov həm iqtisadçı, həm də jurnalistdir. 25 ildir ki, sədrin müavini və sədr kimi böyük bir televiziyanın böyük jurnalist ordusuna rəhbərlik edir. Bundan əlavə, onlarla filmin müəllifidir. Həmin filmlər Azərbaycan dövlətçiliyinə, milli-mənəvi dəyərlərimizin təbliğinə, Ulu öndərin əsasını qoyduğu azərbaycançılıq ideyasına və Azərbaycanın inkişafına həsr olunub. Bu gün Azərbaycan Televiziyasının son 10 ildə hazırladığı verilişləri, xüsusən də gənc istedadların üzə çıxarılması istiqamətində gördüyü işləri yazmamaq günah olardı. Kollektivdə əsl yaradıcılıq mühitinin yaradılması, xalqımızın maraqlarına xidmət edən verilişlərin təqdim olunması məhz Azərbaycan Teleradio Verilişləri QSC-nin sədri Arif Alışanovun rəhbərlik bacarığının göstəricisidir. 

Məgər Qulu Məhərrəmli bunları dərk etmirmi? 

Əslində, bunları dərk etdiyi üçün Alışanova qarşı patoloji qərəzi yaranıb. Adətən istedadsız adamlarda bu cür qərəz dolu nifrət formalaşır. Onu da vuruğulamaq lazımdır ki, Qulu Məhərrəmlinin özü yalan üzərində elmi fəaliyyət qurub. Onun elmi işinin plagiat dissertasiya olduğunu jurnalistika sahəsində öz dəstixətti olan hər kəs bilir. Elm adamları onun dissertasiya işinin Rusiyanın jurnalistika sahəsində tanınmış alimlərinin elmi işlərindən oğurlanan detallar üzərində qurulduğunu sübut ediblər. Sadəcə, həmin şəxslər həm humanistlik göstərirlər, həm də Qulu Məhərrəmlinin qara piar kampaniyası ilə üz-üzə qalmaq istəmirlər. Ona görə də onun elmi işinin plagiat olması ilə bağlı faktlar ictimaiyyətə geniş təqdim olunmayıb.

Peşəkarlığı, iş prinsiplərini kənara qoyaraq, insani keyfiyyətlərin müqayiəsini apardıqda da Qulu Məhərrəmlinin nə qədər inamsız bir insan olduğu üzə çıxır. Bircə detalı qeyd etsək, kifayət edər. Azərbaycan adət-ənənəsinə, Azərbaycan kişisinə xas olan əsas keyfiyyət yediyi qaba tüpürməmək, arxadan zərbə vurmamaqdır. Amma Qulu Məhərrəmli işdən kənarlaşan kimi 20 ildən çox işlədiyi yerə qarşı olmazın ittihamlar irəli sürmək, o qədər müddət çörək kəsdiyi insanlara qarşı təhqiramiz ifadələr işlətmək, arxadan zərbə vurmaq Azərbaycan kişisinə xas olan xarakter deyil. Amma indi-indi məlum olur ki, sən demə, 1995-ci ildən bəri "Azadlıq qəzetlərinə də AzTV rəhbrəliyinə, son dövrlərədək Arif Alışanova qarşı yazıları başqa imzalarla Qulu Məhərrəmli yazırmış. İnsan nə qədər ədalətsiz olarmış ki, hər gün üzbə-üz dayandığı insanın arxasınca danışıb üzünə gülsün. Özü də həmin insan bütün dönəmlərdə Qulu Məhərrəmliyə həm maddi, həm mənəvi cəhətdən dəstək olub. Onun bütün problemlərinin, xeyir və şər məclislərinin xərclərini öhdəsinə götürən, öz insanlıq borcunu yerinə yetirən bir şəxsə arxadan balta vurmağa nə ad vermək olar?


Başqa bir detala da toxunmaq yerinə düşərdi. Qulu Məhərrəmli məhkəməyə verildikdən sonra haqsız olduğunu anladığından qapı-qapı düşərək özünə müdafiəçi axtarırdı. Amma özünə hörmət edən heç bir adam onun mövqeyindən çıxış etmək istəmədi. Təəssüf ki, Qulu Məhərrəmlinin hiyləgərliyi bəzi ziyalıları yanlış yola sapdırdı. Amma ona dəstək verənlər də uzun müddət onunla eyni mövqedə qalmadılar. İlk vaxtlar onu müəyyən mənada müdafiə etməyə çalışan Dilçilik İnstitutundakı iş yoldaşları da iç üzünü görədən sonra ona arxa çevirdilər. Elə həmin adamlar onun işdən kənarlaşdırılmasına əl qaldırdılar. Yəni, öz iş yoldaşları Qulu Məhərrəmlinin nə qədər oyunbaz olduğunun şahidi oldular.

Xatırlayırsınızsa, Qulu Məhərrəmli haqqında yalan və böhtanlar yazılması iddiası əsasında mülki qaydada məhkəməyə verdiyi jurnalist İlhamə Novruzova ilə bağlı şikayətini geri götürdü. Guya Q.Məhərrəmli milli mətbuat günü ərəfəsində hakim X.Mərdanovaya göndərdiyi yazılı müraciətlə "şərəf və ləyaqətin qorunması, təkzib verilməklə üzr istənilməsi və mənəvi zərərin ödənilməsi iddiasından imtina edib. Əgər insanın şərəf və ləyaqətinə toxunan məsələ olubsa, niyə onu təhqir edən şəxsi cəzalandırmır. Burada iki səbəb var. Ya həmin adamın şərəf və ləyaqətində problem var, ya da o iddiasında haqsızdır. Qulu Məhərrəmlinin şərəf və ləyaqətinin hansı səviyyədə olduğuna toxunmuruq. Amma məhkəmə iddiasından əl çəkməsi başqa məqamlardan xəbər verir. Çünki İlhamə Novruzova iddia etdiyi bütün məqamlarla bağlı məhkəməyə sübutlar təqdim edib. Bunu başa düşən Q.Məhərrəmli üzüsulu geri çəkilməli olub, amma bu addımını ört-basdır etmək üçün humanist obrazını yaradıb.

Nailə Quluzadə adlı birinin AzTV-də baş verənlərlə bağlı yalan fikirlər səsləndirməsi...

Bu günlərdə Qulu Məhərrəmlinin daha bir qara piarçısı AzTV və Arif Alışanova yönəlik ittihamlarla çıxış edib. Amma Nailə Quluzadə adlı birinin AzTV-də baş verənlərlə bağlı yalan fikirlər səsləndirməsi keçmiş iş yoldaşları tərəfindən birmənalı qarşılanmayıb. Bu barədə Unikal.org AzTV-nin işçiləri Həsən İsmayılov, İlham Axundov, Adil İslamzadə, Məhərrəm Əhmədovla əlaqə saxlayıb. Onlar Nailə Quluzadənin kimliyi barədə ilginc məlumat veriblər: «Vaxtı ilə Azərbaycan Televiziyasında işıqçı vəzifəsində işləmiş Nailə Quliyevanın idarəmizin kollektivi və rəhbərliyi haqqında yazdıqları ilə tanış olanda bizi təəccüb və qəzəb hissi bürüdü. Ona görə təəccübləndik ki, uzun illər çalışdığı bu kollektivdə heç bir xüsusi bacarığı, peşəkarlağı ilə seçilməyən, işdə yol verdiyi nöqsanlara görə xəbərdarlıq alan, ona tapşırılan ən adi işlərin belə öhdəsindən gələ bilməyən bu xanım televiziyanın fəaliyyətini «təhlil etməyə» başlayıb. Bu çox gülünc və qəbulolunmaz bir haldır. Ona görə qəzəbləndik ki, yüngül həyat tərzi keçirən, əxlaqı, mənəviyyatı kolektivin hər bir üzvünə yaxşı məlum olan bu şəxsin yazdığı hər bir söz hədyan və böhtandan başqa bir şey deyil. Bizim fikrimizcə, Nailə Quliyeva başqalarının deyil, öz həyat tərzini və əməllərini təhlil etsə, daha düzgün iş görmüş olar».

Göründüyü kimi, Qulu Məhərrəmli və onun şər-böhtançı dəstəsinin iç üzü açılaraq, ifşa olunur. Ən maraqlısı odur ki, Q.Məhərrəmli AzTV və onun rəhbərliyinə qarşı apardığı qara piar kampaniyası bumeranq kimi onun özünə qayıdıb dəyir. Yəni, hər bir cəhdindən sonra onun böhtanlarına qarşı faktlar ortaya çıxır və bir daha yalançı, böhtançı olduğu məlum olur. Odur ki, Q.Məhərrəmli və onun dəstəsi daha da biabır olmamaq üçün sussalar, daha yaxşıdır.

Elvin Rüstəmov