İnternetdə şəkilləri yayıldıqdan sonra məşhurlaşan əlil uşaq övladlığa götürülüb.

Unikal.org qaynarinfo.az-a istinadədən xəbər verir ki, rusiyalı ailə qolları olmayan Vasilina adlı qızcığazı himayə etmək qərarına gəlib. Ailə başçısı amerikalı olduğuna görə, onlar körpəni övladlığa götürmək üçün xeyli gözləməli olub.

Hüquqi proseslər başa çatdıqdan sonra rusiyalı ailə məqsədinə nail olub. Ailə üzvlərinin sözlərinə görə, qızcığazın qolları olmasa da, o, ayaqları ilə bir çox iş görə bilir. Hətta yemək də yeyə bilir.

Vasilinanın bu vəziyyətindən qəti narahat olmayan ailə, onun çox şən uşaq olduğunu ailəyə sanki rifah, yeni nəfəs gətirdiyini ifadə ediblər. Rusiyalıların bu addımı dünya mediasının xəbər başlığına çevrilib. Bütün dairələr rusiyalı ailəni bu addımına görə alqışlayıb.