Müğənni Nadir Qafarzadə bir neçə gün öncə dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın məzarını ziyarət edib.
Unikal.org xəbər verir ki, Axşam.az-a açıqlama verən ifaçı bildirib ki, ölkədə olmadığına görə, mərhum sənətkarın dəfnində iştirak edə bilməyib:
"Şəxsi
işlərimə görə ölkədən kənarda idim. Elə İlhamə xanımın da ölüm xəbərini
Azərbaycandan kənarda eşitdim. Bu xəbər bir çox insanlar kimi mənə də
çox pis təsir etdi. Hələ də özümə gələ bilmirəm. İlhamə xanımın ölümünə
inana bilmirəm. Ölməmişdən bir neçə gün öncə mənə zəng elədi və dedi ki,
qayıt gəl, səni evimizə qonaq edəcəm. Amma görünür qismət deyilmiş.
Evinə gedə bilməsəm də bu gün məzarına getdim, ona olan ürək sözlərimi
də dedim. Söylədim ki, böyük sənətkar, məni bağışlayın ki, sizin
dəfninizə gələ bilmədim. Bir az da olsa, mənən rahatlandım. Məzarı da
özü kimi möhtəşəmdir. Allah o dünyasını versin, ruhu şad olsun".
N.Qafarzadə İ.Quliyevanın ölümünə sevinənlərə də cavab verib:
"Ölünün
arxasınca pis danışmazlar. Amma bəziləri nədənsə öz ölümlərini
düşünmürlər. Sosial şəbəkədə neqativ şərhlər yazırlar. Əlbəttə ki,
cahillər İlhamə Quliyevanın necə gözəl insan olduğunu anlaya bilməzlər.
Çox təəssüf edirəm ki, insan ölümünə sevinirlər. Allah həmin insanlara
kömək olsun. Çünki o insanlar bədbəxtdirlər".