Türkiyə Hərbi Dəniz Qüvvələri mühərrikinin sıradan çıxması səbəbindən Qara dənizdə sürüklənən yük gəmisinin heyət üzvü olan azərbaycanlı dənizçini xilas edib.
Unikal.org bildirir ki, apa-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin Tuzla limanından Ukraynanın Sevastopol limanına yollanan Panama bayraqlı "M/V FOM yük gəmisinin heyəti oktyabrın 21-də həyəcan siqnalı verərək yardım istəyib.
Qara dənizdəki Ereğli limanından 70 mil şimalda olan gəminin heyətinin xilas edilməsi üçün Türkiyə Hərbi Dəniz Qüvvələri bölgəyə "Yıldırım gəmisini göndərib. Gəmidəki "AB-212 Xilasetmə əməliyyatı üçün hava qaldırılıb. Vertolyotdan endirilən nərdivan vasitəsi ilə bir azərbaycanlı, dörd gürcü və 3 Türkiyə vətəndaşı olmaqla, 8 gəmi heyəti xilas edilib. Gəmi heyəti Ereğli limanına gətirilib. Gəmi heyəti xilasetmə əməliyyatı ilə əlaqədar hərbçilərə təşəkkür edib.