Fevralın 28-də Ukraynanın "1+1" telekanalında "Qolos kraini" ("Səs Ukrayna") vokal şousunun 6-cı mövsümü başalyıb.
Unikal.org xəbər verir ki, şounun ilk efirində populyar azərbaycanlı müğənni Çingiz Mustafayev səhnəyə çıxaraq, "Bamboleo" mahnısını ifa edib.
Gənc ifaçının çıxışı səhnədə kiçik bir insidentlə yadda qalıb – o, gitarada ifa edərkən musiqi alətinin simi qırılıb. Lakin Çingiz özünü itirməyərək, mikrofona "bu ki, şoudur" deyib.
Daha sonra şounun orkestrindən digər bir gitaraçının müşayiəti ilə Çingiz mahnını sonadək başa çatdırıb.
Bütün jüri üzvləri – Tina Karol, İvan Dorn, Svyatoslav Vakarçuk, Aleksey Potapenko gənc müğənniyə tərəf çevrilib və onun ifasından heyran olduqlarını bildiriblər.
Çingiz isə özünə müəllim kimi Svyatoslav Vakarçuku seçib.
Çingiz Mustafayevin "Qolos kraini" şousunda ifasını təqdim edirik.(oxu.az)