53-cü Beynəlxalq Antalya Film Festivalı başa çatıb.
Unikal.org-un Türkiyə mətbuatına istinadən xəbər verir ki, festivalda müxtəlif nominasiyalar üzrə "Qızıl portağala mükafatlarının sahibləri məlum olub.
Milli kateqoriyada:
Ən yaxşı film:"Mavi velosiped;
Ən yaxşı rejissor:"Mavi velosiped filmində Ümit Köreken
Ən yaxşı ssenari:Ümit Köreken (Mavi velosiped);
Ən yaxşı aktrisa:Ecem Uzun (Tərəddüd filmi);
Ən yaxşı aktyor:Menderes Samancılar (Atamın qanadları filmi)
Ən yaxşı film musiqisi:Burak Korucu (Atamın qanadları filmi)
Tamaşaçı mükafatı:"Atamın qanadları filmi
Beynəlxalq kateqoriyada:
Ən yaxşı film:"Tərəddüd;
Ən yaxşı rejissor:Yeşim Ustaoğlu (Tərəddüd filmi);
Ən yaxşı ssenari:"Açıq qapı filmi;
Ən yaxşı aktrisa:Ecem Uzun (Tərəddüd filmi);
Ən yaxşı aktyor:Tamer Nafar (48 qovşağı filmi);
Ən yaxşı film musiqisi:Tamer Nafar (48 qovşağı filmi);
Tamaşaçı mükafatı:"Açıq qapı filmi;
"Həyat boyunca uğur mükafatı- Əsgər Fərhadi və Harvey Keytel