"Evrostroy tikinti şirkətinin Milli Elmlər Akademiyasının əməkdaşları üçün inşa etdiyi binaya dam örtüyünün vurulmaması səbəbindən ciddi ziyan dəyməsi barədə xəbər vermişdik. Eyni zamanda qeyd etmişdik ki, şirkətlə təmir müqaviləsi bağlayıb mənzilini təmir edənlər maddi zərərə uğrayıblar.

Məsələyə deputat Zahid Oruc da münasibət bildirərək, şirkətin atdığı addımı pisləmişdir.

Həmin binanın sakinlərindən birinin Unikal.org-a verdiyi məlumata görə, hazırda binada təmir işləri sürətləndirilib: "Artıq, binanın dam örtüyünün vurulması üçün briqada cəlb olunub. Lazımi materillar gətirilib. Hazırda iş gedir. Ancaq bilmirik, bu nə qədər davam edəcək. Ümid edirik ki, şirkət rəhbərliyi kirayədə yaşayan sakinlərin vəziyyətini nəzərə alacaq və 2014-cü ildə təhvil verilməli olan binaya nəhayət ki, 2016-cı ildə köçə biləcəyik-deyə vətəndaşlar qeyd edib.

Elvin Rüstəmov