ATV-nin "Bizimləsən" verilişində qonaq olan müğənni Nazənin sürprizlə qarşılaşıb.
Unikal.org-un məlumatına görə, canlı yayımlanan verilişə ifaçının nəvəsi Qəhrəman qatılıb: "Nənəmə hər zaman ana demişəm. Ona görə də nənə deməyə dilim gəlmir. Anamla paylaşmadıqlarımı nənəmlə paylaşmışam. Həyatda hər şeyimi nənəmlə bölüşürəm. Oxumaq üçün səsim var, amma özümə güvənmirəm. Ona görə də böyüyəndə cərrah olmaq istəyirəm".
Müğənni isə nəvəsinin verilişə qatılmasına kövrələrək, bu sözləri deyib: "Bu, mənim nəfəsim, hər şeyimdir. Mən nəvəmi hər zaman hər kəsdən gizli saxlamışam, özəlim olduğuna görə onu qorumağa çalışmışam. Bütün valideynlərə bu cür övlad arzulayıram. Bu gün nəvəmin studiyaya gəlməsini gözləmirdim. Onun gələcəkdə müğənni olmasına heç vaxt icazə vermərəm. Cərrah olsun".
Xatırladaq ki, Qəhrəman Nazəninin qızının övladıdır.
Qeyd edək ki, Nazənin yaxın müddətdə ikinci dəfə nənə olacaq. Belə ki, ifaçının oğlu Fəxrəddin ata olmağa hazırlaşır.(lent.az)