Müğənni Röya Ayxana "Əməkdar artist" fəxri adının medalı təqdim olunub.
Unikal.org-un məlumatına görə, medalın şəklini sosial şəbəkədə paylaşan ifaçı təşəkkürünü bildirib:
"Mənə göstərilən etimada görə təşəkkür edirəm. Hər kəsi təbrik edirəm".
Xatırladaq ki, Röyalə Yaqub qızı Nəcəfova (Röya Ayxan) prezident İlham Əliyevin sərəncamı ilə 30 dekabr, 2015-ci il tarixində "Əməkdar artist" fəxri adına layiq görülüb. Mükafat Röyaya bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən təqdim olunub.