ARB TV-nin "Gəlin danışaq" verilişində qonaq olan müğənni Sevda Sanəliyeva keşməkeşli həyatından söz açıb.

Unikal.org-un məlumatına görə, ifaçı bildirib ki, anasının onun üçün çəkdiyi çətinlikləri xatırlayıb:

"Mən özümü tanıyandan çətinliklər görmüşəm. Onların müqabilində Allah mənə bugünkü günü mükafat kimi bəxş edib. Mən yenidən doğulub o çətinlikləri yaşamağa hazıram. Çünki həyatımdan çox razıyam. Anam çox zəhmətkeş olub, dincəlmək bilməyib. Bizə görə 2 növbə işləyib, canını dişinə qatıb. Bizim heç nəyə möhtac olmamağımız üçün hər şey edib. Artıq müəyyən zaman sonra bu qrafik onun səhətində problemlər yaratmağa başladı. Ondan sonra mən işləməyə başladım. Anam çox xeyirxah idi. Bütün övladlara mənim anam kimi ana arzu edirəm. 1 il 4 aydır anam vəfat edib. Heç nə onun yerini vermir. Bayaq işlətdiyim cümlə - "mən yenidən o çətinlikləri yaşamağa hazıram" - boşuna deyildi. Anam yanımda olsun təki. İndiki xoşbəxtliyimi anam görmədi. Arzusu idi. Nə qədər xoşbəxt olsam da, içimdə yaralar var".

Tanınmış sənətçi övladı ilə bağlı açıqlamalar verib, göz yaşlarını saxlaya bilməyib:

"İllərlə övlad istəyi ilə alışıb-yanırdım. Övladım olduqdan 40 gün sonra anam vəfat etdi. Hamiləliyimin ilk aylarında anamın vəziyyəti pisləşməyə başladı. Bunun səbəbini onda görürəm ki, anam iki dəfə dua etdi. Dedi ki, Allahım, mənim balama bala ver, mənim canımı al. Çox pis olmuşdum. Anam getdi və mənim övladım oldu. Düşünürəm ki, Allah mənə övlad verib, anamı aldı".



"Allah mənə övlad verib, anamı aldı" -  Sevda ağladı