Aktyor və müğənni Yavuz Bingöl "15 iyul Şəhidlər Körpüsü"ndə intihar edən gəncə kömək edib.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, Yavuz rol aldığı "Sevda kuşun kanadında" serialının çəkiliş meydançasına gedərkən bir gəncin körpünün kənarına çıxdığını görüb. O, avtomobilini saxlayaraq hadisə yerinə qaçıb.
İntihar etmək istəyən şəxslə söhbət edən və onu fikrindən döndərən aktyor, "Həmin gənc mənim heyranım imiş. Məni görüncə ağlamağa başladı. 10 dəqiqə danışdıq, sonda intihar fikrindən daşındı. Bir can xilas etmək gözəl bir şeydir, amma gəncləri belə görmək çox kədərlidir".-deyərək açıqlama verib.