TV8-də yayımlanan "Aramızda Kalmasın"da proqramının mövzularından biri də Sərdar Ortaç olub.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, hər zaman maqazin gündəminə qumar borcları ilə gələn məşhur müğənni Sərdar Ortaçla bağlı, bu dəfə maraqlı açıqlama edilib. Aparıcının sözlərinə görə, ifaçı böyük miqdarda qumar borcunu tamamilə ödəyib. Təxminən on albomunun qazancı ilə borclarını ödəyən Sərdar Ortaç, mal varlığının böyük bir qismindən də borclarını tamamilə bağlamaq üçün istifadə edib.
Yaşadığı çətinlikləri tamamilə geridə qoyan müğənni, bundan sonrakı qazancını investisiyaya yatırtmaq üçün istifadə edəcək.